Lamiyə Ələkbərova “ATV”-nin vitse-prezidenti təyin edildi?
06.10.2017 844 0.0 0

“Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

Primetime.az-a istinadla xəbər verilir ki, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyə Ələkbərova yerinə yetirəcək. O, “ATV”-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Xəbəri təsdiq etmək üçün Lamiyə xanımla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, 11 il “AzTV”, 11 il isə “Lider TV”-də çalışan L.Ələkbərova bir müddət öncə “İctimai TV”-nin Musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Məlumat üçün bildirək ki, ötən ay “ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. /Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar