Ələt-Astara magistralında körpü çökdü
12.05.2015 724 0.0 0

Lənkəran rayonunda magistral yolda körpü uçub.

 

Məlumata görə, bu gün saat 20 radələrində Ələt-Astara magistral yolunun 184.5 kilometrliyində, rayonun Liman şəhəri ərazisindəki Boladıçay üzərində uzunluğu 50, eni 7 metr olan körpü uçub.  

 

Məlumata görə, körpü üzərindən “Shacman” markalı yük maşını keçdikdən sonra uçub.

 

Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah, Boladi-Zövlə yollardan istifadə edirlər. 

 

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

 

Hadisənin  nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar