Lənkəranı su basdı-İnsanlar təxliyyə olundu (FOTO)
17.10.2015 540 0.0 0

Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.
APA-nın cənub bürosunun məlumatına görə, ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb. Belə ki,  həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.
 
Qeyd edək ki, dağdan gələn güclü sel suları həmçinin Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində yola axdığından  nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
 
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə 10-a yaxın evdən köməksiz vəziyyətdə qalmış 20-dən çox sakin evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.  

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar