Kürd muxtariyyətinin rəhbərliyi Bağdadın dialoqa başlamaq çağırışını alqışlayıb
20.10.2017 611 0.0 0

Kürd muxtariyyətinin Nazirlər Kabineti İraqın baş naziri Heydər əl Abadinin ölkə konstitusiyasının əsasında dialoqa başlamaq təklifini alqışlayır. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə bölgə hökumətinin saytında bildirilir.  

 

Kürd muxtariyyətinin rəhbərliyi beynəlxalq ictimaiyyətini dialoqun aparılmasında tərəflərə dəstək göstərməyə çağıraraq, İraqın problemlərinin hərbi yolla həllinin mümkünsüz olduğunu qeyd edib.    

 

İraqın baş naziri Heydər əl Abadi oktyabrın 17-də kürd muxtariyyətinin rəhbərliyini ölkə konstitusiyasının əsasında dialoqa başlamağı təklif edib və bölgənin müstəqilliyinə dair referendumu unutmaq lazım olduğunu qeyd edib.   

 

Qeyd edək ki,  sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  

 

Daha sonra rəsmi Bağdad Kərkük şəhərində nəzarətin bərpa olunması istiqamətində əməliyyat keçirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar