Küçə itləri 9 yaşlı qızı parçalayıb
20.02.2017 1101 0.0 0

Dağıstanın paytaxtı Mahaçqalada küçə itləri tərəfindən parçalanmış uşaq meyiti tapılıb.

 

APA-nın xəbərinə görə,  bu barədə “İnterfaks-Cənub” agentliyinə güc strukturlarındakı mənbə bildirib.

 

Məlumata əsasən, Mahaçqalanın Birinci Pyotr küçəsində küçə itləri  9 yaşlı qıza hücum edərək parçalayıblar. Onun meyitini valideynləri aşkar edib. Hadisə yerinə  “təcili yardım” gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar