Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb - FOTO
19.04.2017 1175 0.0 0

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb.

Məlumata görə, portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.

O, Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə "het-trik" edərək, aktivindəki qolları 101-ə çatdırıb. Amma Ronaldu 100-cü topunu ofsayddan vurub. Təcrübəli forvard 105-ci dəqiqədə fərqlənərkən, macarıstanlı Viktor Kaşşayın başçılıq etdiyi hakimlər briqadası onun oyundankənar vəziyyətdə olduğunu görməyib.

Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasındakı qollarından 18-ni İngiltərənin "Mançester Yunayted" klubunda, qalanlarını isə "Real Madrid"də vurub./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar