Kremlə qarşı yeni güc
14.05.2015 758 0.0 0

NATO və Avropa İttifaqı Rusiyadan gələn yeni təhlükələrə qarşı birləşməlidir.

Məlumata görə, bu fikir NATO ölkələri xarici işlər nazirlərinin Türkiyənin Antaliya şəhərində keçirilən toplantısında vurğulanıb.

NATO-nun baş katibi Jens Stoltenberq toplantıda alyansın şərq və cənubda artmaqda olan problemlərlə üzləşdiyini deyib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə nümayəndəsi Federika Mogerini bildirib ki, NATO və Avropa İttifaqı Rusiyanın qorxulu siyasətindən gələn yeni təhlükələr və alyansın cənub sərhədlərindəki zorakılıqlara qarşı mübarizədə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, iki təşkilat mahiyyətcə bir-birindən fərqli olsa da, eyni problemlərlə üzləşib: "NATO ilə Avropa İttifaqı Ukraynaya görə Rusiya ilə münasibətlərin gərginləşməsi və cənubdakı böhranı müzakirə edəcək. Avropa İttifaqı buna görə Şimali Afrikadan böyük qaçqın axını ilə qarşılaşıb"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar