Kreml Avrasiya İqtisadi Birliyinin Belarusa görə dağılmayacağına ümid edir
03.02.2017 1015 0.0 0

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Belarus arasında sərhəd zonasının bərpasının Avrasiya İqtisadi Birliyinin (AİB) parçalanmasına təhlükə yaratması barədə xəbərlərə münasibət bildirib.
 
“Ümidvarıq ki, AİB-in dağılması reallıqdan uzaqdır”.

Məlumata görə, D.Peskov bu sözləri  məsələni şərh edərkən “Gazeta.ru”ya bildirib.
 
Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan AİB-ə üzvdürlər.   
 
Bundan əvvəl bəzi KİV-lər Belarusun AİB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), habelə Rusiya ilə Belarus arasında İttifaq Dövləti sazişindən çıxmaq niyyətində olduğunu bildiriblər.  
 
KTMT bu xəbərləri şayiə adlandırıb. Rusiya ilə Belarus arasında İttifaq Dövlətinin katibliyindən Belarusun sazişi tərk etmək niyyətindən xəbərsiz olduqlarını bildiriblər.  
 
Qeyd edək ki, fevralın 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Belarusla sərhəd boyu - Bortnikov Bryansk, Smolensk və Pskov vilayətlərində sərhəd zonasının hüdudlarını  müəyyənləşdirilməyi əmr edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar