Kral ailəsinin üzvlərinə su içmək qadağan edildi
05.04.2018 871 0.0 0

Dietoloqlar Böyük Britaniya kral ailəsi üçün qadağan olunan qida məhsullarının siyahısını tərtib edib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu addım onların xarici səfərlər zamanı zəhərlənməsinin qarşısını almaq üçün atılıb.

Qeyd olunur ki, bu cür qidalar arasında ilk sırada çiy halda yeyilən molyusklar yer alıb. Daha sonra çiy ət və az qızardılmış steyk kral üzvlərinə qadağan edilib.

Bundan başqa, ailə üzvlərinin səfər etdiyi ölkədə, hətta icazə verilsə belə, çiy su qadağan olunan məhsullar sırasına salınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar