«KQB» agenti Putin 43 il əvvəl Türkiyədə... – ŞOK İDDİA - FOTO
10.12.2015 1628 0.0 0

Rusiya prezidenti Vladimir Putin 43 il əvvəl Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti olaraq çalışıb.

 

“Yeni Asır” nəşrinə istinadən verilən xəbərə görə, bu barədə “Tupraş” şirkətinin inşaatında Putinlə birgə çalışdığını iddia edən izmirli Adəm Albayrak deyib.

 

Adəm Albayrak o zamanlar Putinin agent olmasından şübhələndiklərini, ölkəsinə qayıtdıqdan sonra isə buna tam əmin olduqlarını bildirib.

 

“Buz kimi soyuq adam idi. “Tüpraş”da montaj işi bir rus şirkətinə verilmişdi. Putin də şirkətin ən əhəmiyyətli şəxslərindən idi. Qazanlara nəzarət etmək üçün gəlirdi və bizim yanımızda çox qalmazdı. Həmişə Turiskin adında bir yoldaşının yanına gedərdi. Putin davamlı olaraq zavodların şəkillərini çəkərdi. Qadağan olunmuş yerlərin şəklini çəkdikləri üçün polislər onu qaynaqçı bir rusla saxlamışdılar. Putin ölkədən çıxarılmışdı. Onun Sibirə göndərildiyini eşitdim. İllər sonra onun SSRİ DTK-nın başına keçdiyini eşitdim”, - Adəm Albayrak söyləyib./publika.az/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar