Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
21.08.2017 921 0.0 0

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub. 

Qazeta.info “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan  tədbirinin seçilməsi haqda qərar qəbul edib. 

Bu barədə “Qafqazinfo”ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib: 

“Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar