Konsul qəzaya düşüb
01.02.2016 500 0.0 0

 Polşanın Azərbaycandakı səfirliyinin konsulu Konrad Viklo idarə etdiyi xidməti “KİA” markalı avtomobillə Səbail rayonunun Badamdar qəsəbəsində qəzaya düşüb. Qazeta.info “Report”-a istinadla  xəbər verir ki, 31 yaşlı konsulun maşını Bakı şəhər sakini Hafis Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı Səbail Rayon Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar