Komissiya sədri: `Rusiya Ermənistanla bağlı öhdəliklərini yerinə yetirmir`
18.11.2021 344 0.0 0

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Rusiyadan narazılıq edib.

“CivilNet”' istinadən xəbər verilir ki, o, rəsmi Moskvanı İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Biz strateji müttəfiqimiz tərəfindən adekvat reaksiya görmürük. 2020-ci il mayın 14-də həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Rusiyaya bır sıra istiqamətlər üzrə sorğu göndərdik. Amma sorğudan sonra atılan addımlar bizim gözləntilərimizi doğrultmadı. Təəssüf ki, biz gözlədiyimiz adekvat reaksiyanı almırıq. Bu barədə rusiyalı partnyorlarımızla açıq danışmalıyıq”, - o deyib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar