Tarix: 05.12.2016,   Saat: 04:26, Bazar ertəsi.          

Kim Çenin həkimi ölkədən qaçdı

Şimali Koreyanın yüksək vəzifəli məmuru ailə üzvləri ilə birlikdə Çinə qaçıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, ölkənin lideri Kim Çen Ina və ailə üzvlərinə xidmət edən klinikanı dərmanla təchiz edirmiş.

Məlumata görə, həmin məmur Şimali Koreya Səhiyyə Nazirliyinin təmsilçisi olaraq, həm də ölkə paytaxtı Pxenyandakı klinikalardan birinə dərman preparatlarının tədarükünə məsuliyyət daşıyırmış.

İnformasiyaya əsasən, o, Çindən sığınacaq almağa səy göstərir.

Yaponiya mətbuatı yazıb ki, Şimali Koreyanın iki məmuru Yaponiyanın Pekindək səfirliyinə sığınacaq almaq üçün müraciət edib. Amma səfirlik bu xəbəri təkzib edib.



  Bölmə: Dünya | Baxış sayı: 543 | Tarix: 05.10.2016, 11:15


Xəbərlər