Kim Çen Indan ŞOK XAHİŞ: `Qardaşımın cəsədini...`
15.02.2017 2631 0.0 0

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, diktator Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qatilləri vyetnamlı agentlərdir.

Bildirək ki, bu haqda Malayziya hüquq-mühafizə orqanlarının nümayəndəsi Böyük Britaniyanın “Telegraph” nəşrinə bildirib.

“Biz artıq videokameraların görüntülərini nəzərdən keçirdik. Nəticədə, qadınları aeroportdan aparan taksi sürücüsünü saxlamağı bacardıq. Taksi sürücüsünün ifadələri və kameraların görüntülərinə əsasən, polis hesab edir ki, qadınlar vyetnamlı idilər”, - o deyib.

Polis nümayəndəsi agentlərin Kim Çen In tərəfindən tutulduğuna dair versiyanı şərh etməkdən imtina edib. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasının hakimiyyəti Malayziyaya yüksək vəzifəli diplomatı göndərərək Kim Çen Namın cəsədinin məhkəmə-tibb ekspertizadan keçirməməyi xahiş etdi. Pxenyanın xahişi rədd edilib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı dünən Kuala-Lumpur aeroportunda öldürülüb. Onun iki naməlum qadının zəhərli iynə ilə zəhərlədiyi bildirilir. Qadınlar cinayət yerindən qaçıb gizləniblər. Onların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar