Kim Çen In baş nazirin müavinini güllələdi
12.08.2015 776 0.0 0

Koreya Xalq Demokratik Respublikasında baş nazirin birinci müavini Çxve Yon Qon güllələnib. Məlumata görə, bu barədə ölkənin kütləvi məlumat vasitələri bildirib.

Müvafiq əmr şəxsən ölkə lideri Kim Çen In tərəfindən verilib. Buna səbəb Çxve Yon Qonun ölkə rəhbərliyi tərəfindən meşə təsərrüfatı sahəsində aparılan siyasəti tənqid etməsi olub.

 


Baş nazirin güllələnən birinci müavini Çxve Yon Qon


2015-ci ilin may ayında Şimali Koreyanın müdafiə naziri Xen Yon Çxolun edam edilməsi barədə məlumat yayılıb. Nazirin yüzlərlə insanın gözu qarşısında zenit topundan güllələndiyi bildirilirdi. 

 


2015-ci ilin may ayında edam edilmiş müdafiə naziri Xen Yon Çxol


Müdafiə nazirin edam edilməsinə səbəb onun hərbi parad zamanı mürgüləməsi olub.

Cənubi Koreya parlamentinin kəşfiyyat məsələləri üzrə komitəsinin üzvlərinin əldə etdiyi məlumata görə, bu il ərzində Şimali Koreya Xalq Demokratik Respublikasında ümumilikdə 15 yüksək rütbəli məmur edam edilib.

2013-cü ildə Koreya lideri öz doğma dayısı, Dövlət müdafiə komitəsinin rəis müavini vəzifəsini tutan Çan Son Txekin həbs edilib güllənməsi barədə göstəriş verib./anspress/


Şimali Koreya liderinin dayısı Çan Son Txekin həbs edilmə anı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar