Kilian Mbappe Messinin qol rekordunu təkrarlayıb
12.02.2022 329 0.0 0

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messinin rekordunu təkrarlayıb.

"Report" "Be Foot" nəşrinə istinadən xəbər verir ki, hücumçu buna "Renn"i 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in XXIV tur oyununda nail olub.

Paris təmsilçisinə qələbə qazandıran fransalı forvard yerli çempionatda 119-cu qoluna imza atıb. Beləliklə, Mbappe 24 yaşadək Avropanın top-5 liqasında XXI əsrdə ən çox qol vuran iki oyunçudan biridir.

Qeyd edək ki, dekabrın 20-də Kilian Mbappenin 24 yaşı tamam olacaq. Hücumçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar