KİV: Telman İsmayılov Fransaya qaçıb
14.11.2017 769 0.0 0

Rusiyalı iş adamı Telman İsmayılov qardaşı Vaqiflə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.

Bu barədə  "Rosbalt"a istinadən xəbər verilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, dünən məhkəmə T.İsmayılovun beynəlxalq axtarışa verilməsi məqsədilə onun barəsində həbs qətimkan hökmü çıxarıb. Ona qarşı qanunsuz silah saxlama və qətl törətmək maddələri ilə qiyabi ittiham irəli sürülüb.

Qeyd edək ki, Vaqif İsmayılov daha əvvəl qardaşı Telmanın yanına - Türkiyəyə gedib və orada Antalyadakı "Mardan Palace" hotel kompleksində yerləşən iqamətgahda yaşayıblar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar