Kerri və Zərif görüşdü
03.03.2015 826 0.0 0

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi ilə İran İslam Respublikasının Xarici işlər naziri görüşüb.

Məlumata görə, ABŞ Dövlət katibi Con Kerri ilə İranın Xarici işlər naziri Məhəmmməd Cavad Zərifin növbəti görüşü martın 3-də İsveçrənin Montryo şəhərində baş tutub. Bu barədə “TASS” agentliyi xəbər yayıb. 

BMT İnsan Haqları Şurasının 28-ci sessiyası çərçivəsində baş tutan görüş sabah da davam etdiriləcək. 

Görüş zamanı əsas müzakirə mövzularından biri nüvə probleminin nizama salınması məsələsi olduğu bildirilir. 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama "Reuters"ə verdiyi son mesahibədə İranın nüvə proqramını 10 il müddətində dondurmasını tələb edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar