Kerri uranın İrandan Rusiyaya göndərilməsində Azərbaycanın rolunu qeyd edib
29.12.2015 573 0.0 0

 İran tərəfindən istehsal olunan uranın Rusiyaya göndərilməsi nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi baxımından mühüm addımdır.
 
Reuters agentliyinə istinadən verilən məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
 
Onun sözlərinə görə, artıq göyərtəsində 11 ton aşağı səviyyədə zənginləşdirilmiş uran olan gəmi İrandan Rusiyaya yola düşüb.
 
ABŞ dövlət katibi bir neçə ölkənin prosesdə vacib rol oynadığını vurğulayıb: “Müştərək hərəkət planı haqqında razılaşmaya dair danışıqlarda Qazaxıstanın iştirakı mühüm oldu”, deyə C.Kerri bildirib. O həmçinin bu prosesdə Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.
 
Qeyd edək ki, hər il 300 kq yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar