Keçmiş qubernator Obamaya rəqib olacaq
01.06.2015 623 0.0 0

Merilend ştatının keçmiş qubernatoru Martin O’Malli 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından namizəd olmaq üçün kampaniyaya başladığını elan edib.

Məlumata görə, liberal siyasətçi Demokrat Partiyasının favoriti hesab edilən keçmiş dövlət katibi Hillari Klintonla rəqabətlə qarşılaşır. Lakin 52 yaşlı Martin O’Malli Merilend ştatında homoseksualların nikahının leqallaşdırılması, ştatda ölüm hökmünün ləğv edilməsi və azgəlirli insanlar üçün minimum əmək haqqının artırılması kimi işlərinə görə seçicilərin rəğbətini qazana biləcəyinə ümidvardır.

Martin O’Malli 2016-cı prezident seçkilərində nominasiya almaq üçün rəqabət aparılacaq iki ştat olan Ayova və Miçiqana qısa səfərlər edib. Lakin indiyə kimi ona siyasi dəstəyin az səviyyədə olduğu müşahidə edilir. Bu həftə keçirilmiş sorğuya əsasən, Martin O’Malli seçicilərin yalnız bir faizinin dəstəyini qazanıb. Bu, seçicilrin 57 faizinin dəstəyini almış Hillari Klintonla müqayisədə çox kiçik göstəricidir.

Xatırladaq ki, Martin O’Malli səkkiz il Merilend ştatının qubernatoru vəzifəsində çalışıb. O, bundan əvvəl iki dövr üçün Merilend ştatının ən böyük şəhəri olan Baltimorun meri olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar