Kartof-Ürək və ağciyər xəstəliklərinə inanılmaz həddə kömək edir
19.07.2015 787 0.0 0

İnsanlar tərəfindən ən çox istifadə etdilən tərəvəzlərdən olan kartofun ağciyərə olduqca çox faydası vardır.

Antioksidant baxımından zəngin olan kartofun ürək xəstəliklərinə qarşı qoruyucu təsiri var və bu tərəvəz istər ağciyər xərçəngi, istərdə də infarkta qarşı ürəyi qoruyur.

Tərkibində  C, B qrupu, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçiniz vacib mikroelementlər - maqnezium, fosfor, kalsium,kalium,  dəmir olan tərəvəzdə ,  B6 sayəsində qanın damarlardan rahat keçməsini təmin edir və ürəyin daha rahat fəaliyyətinə yardımçı olur. Kalium isə qan axını sürətini nizamlayır və ürəyin təbii ritmini qor.

Kartof eyni zamanda diabetə qarşı da olduqca təsirlidir. Nişasta nisbəti çox olmasına baxmayaraq sokunun istifadəsi qandakı şəkər miqdarını azaldır.

Onu da xüsusi vurğulayaq ki, kartofu yağsız qaynadaraq və ya sobada bişirərək yemək faydalılığı baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, çiy kartofun şirəsi mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı çox yaxşı təbii müalicəvi vasitədir kimi istifadə oluna bilər. Bundan əlavə kartof şirəsi xroniki qəbizlik zamanı çox yaxşı müalicəvi təsir göstərir, qıcqırmanı aradan qaldırır.
Yaponlar çiy kartofun sokunu xərçəng əleyhinə vasitə kimi istifadə edirlər.
Kartof allergik reaksiyalara səbəb olmadığına görə, kiçik yaşlı uşaqların, allergiyaya meyilli olan insanların qidalanmasında geniş istifadə oluna bilər.

 


Çiy kartof dermatologiyada müxtəlif dəri xəstəliklərin (ekzema, dermatit və s.) müalicəsində istifadə olunur. Problemli dəriyə qalın layla sürtgəcdən keçirilmiş çiy kartof qoyulur və üzərinə pambıq parça qoyulur. Belə kompresləri uzun müddət ərzində etmək olar. Dəri təmizlənəcək, daha sağlam görünəcək.

 

Xatırladaq ki, istifadə olunana zaman qırmızı kartofa üstünlük verilməsi daha məqsədə uyğun hesab olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar