Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb
14.10.2017 582 0.0 0

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində həyatını itirən insanların sayı 36 nəfərə çatıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə cümə günü yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Agentliyin qiymətləndirməsinə görə, indiyə kimi ştatda təbiət yanğınları zamanı bu qədər ölüm hadisəsi qeydə alınmayıb.

Son qiymətləndirmələrə görə, alov ən azı 5,7 evi və tikilini məhv edib. Təqribən 90 min yerli sakin təxliyyə olunub. Hazırda 17 yanğın ocağı qalmaqdadır. Yanğının söndürülməsində 9 minə yaxın yanğınsöndürən iştirak edir. Onlara Kanada və Avstraliyadan olan həmkarları köməklik göstərir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar