Kaliforniyada Kanadanın baş nazirinin korteji qəzaya uğrayıb
10.02.2018 745 0.0 0

Kanadanın Baş naziri Castin Trüdonun korteji şənbə gününə keçən gecə ABŞ-ın Kaliforniya ştatında qəzaya uğrayıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, C.Trüdonun mühazirə dediyi Simi Velli şəhərindəki Ronald Reyqan adına Prezident Kitabxanasından qayıdarkən baş verən qəzada baş nazir xəsarət almayıb.

Tədbirdən sonra kitabxanadan 6 km aralıda "Toyota" markalı avtomobilin sürücüsü Kanadanın baş nazirinin maşınını müşayiət edən motosikletlə toqquşub. Məlumata görə, Trüdonun olduğu avtomobil digər maşınlara dəyməyib.

Motosikletin sürücüsü və avtomobildə olan sərnişinlər xəstəxanaya çatdırılıblar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar