Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı
01.07.2019 435 0.0 0

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar