Kəskin istilərlə bağlı XƏBƏRDARLIQ
11.08.2016 973 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki, ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında                                                       

Avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən yüksək isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar