İvitsa Daçiç Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar çxış edib
25.02.2015 723 0.0 0

ATƏT-in Fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında hesabatla çıxış edib.

 

Məlumata görə, İ.Daçiç çıxışında Dağlıq Qarabağ münaqişәsi ilә bağlı artan gәrginlikdәn narahat olduqlarını bildirib.

 

Onun sözlәrinә görә, ötәn il münaqişә ilә bağlı prezidentlәr sәviyyәsindә 3 görüş keçirilib: "Lakin bu görüşlәrdәn sonra hәmin әrazilәrdә zorakılıq halları artdı vә siyasi proses zәiflәdi. Serbiya ATӘT-in Minsk Qrupunun yüksәk sәviyyәdә görüşlәr keçirmәk vә tәrәflәrlә birlikdә münaqişәnin uzunmüddәtli hәlli üçün yollar axtarmaqla bağlı sәylәrini dәstәklәyir. Dondurulmuş münaqişәlәr Serbiyanın sәdrliyi dövründә gündәlikdә duran әn ciddi mәsәlәlәrdәn biridir. Mәn mәsәlә ilә bağlı ATӘT-in Minsk Qrupu, Azərbaycan və Ermənistanın xarici işlәr nazirlәri ilә danışıqlar aparmışam. Bir neçә ay әrzindә regiona sәfәrim zamanı mәsәlәni yüksәk sәviyyәdә dә müzakirә edәcәyik"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar