İtaliyada növbəti dəfə zəlzələ baş verib
01.09.2016 472 0.0 0

İtaliyanın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
 
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub. 


Digər xəbərlər:
Şərhlər
avatar