İstanbulun mərkəzində xəstəxana yanır- VİDEO
05.04.2018 1154 0.0 0

Türkiyənin İstanbul şəhərində xəstəxanada yanğın başlayıb.

 

NTV-yə istinadən verilən məlumata görə, yanğın Taksim Elmi Tədqiqat Xəstəxanasının damında başlayıb.

 

Güclü yanğın daha sonra binanın mərtəbələrinə keçib.

 

Xəstəxanadakı xəstələr və tibbi personal təxliyə edilib. Ətrafdakı binalar da boşaldılır.

 

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısının alınması üçün tədbirlər görülür.

 

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə hələlik məlumat yoxdur./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar