İstanbulda qətliamın qarşısı alındı – SON DƏQİQƏ
08.09.2016 884 0.0 0

İstanbulun Atatürk hava limanında terror aktının qarşısı alınıb.

 

“Sabah” nəşrinə istinadən xəbər verilir ki, xüsusi xidmət orqanları qadın kamikadzeni saxlayıblar.

 

Nəşrin məlumatına görə, xüsusi xidmət orqanları Diyarbəkr şəhərindən İstanbula gələn Ebru Fıratın aeroportda partlayış törətməyə hazırlaşdığı barədə informasiya əldə edib. Saxlanılan qadında kamikadze kəmərinin olub-olmadığı barədə məlumat yoxdur. Ebru Fırat İstanbulun polis bölmələrindən birinə aparılıb.

 

“Amara” kod adlı Fıratın PKK terror təşkilatının liderlərindən olan Murad Karayılanın yaxın adamlarından biri olduğu deyilir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar