İstanbulda Polis Mərkəzi qarşısında partlayış törədilib, çoxlu sayda yaralı var-Yenilənib-1
06.10.2016 1100 0.0 0

 İstanbulda Polis Mərkəzi qarşısında motosikletə yerləşdirilmiş bombanın partladılması nəticəsində 10 nəfər yaralanıb.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi Vasip Şahin açıqlama verib.

 

Vali bildirib ki, yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur.

 

 

***

İstanbulda Polis Mərkəzi qarşısında avtomobil deyil, motosiklet partladılıb.

 

NTV-yə istinadən verilən məlumata görə, İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib. Vali partlayış nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb./apa/

 

 

***

 

 İstanbulda partlayış törədilib.

 

“Milliyet” qəzetinə istinadən verilən məlumata görə, İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobil partladılıb.

 

Partlayışda çoxlu sayda insan yaralanıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb.

 

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.

 

İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar