İstanbulda 3 milyonluq zümrüd daşıyan azərbaycanlı kuryer tutuldu-VİDEO
04.07.2016 817 0.0 0

Türkiyədə qaçaqmalçılıqla məşğul olan azərbaycanlı tutulub. "CNN Türk"ə istinadla verilən məlumata görə, Y.D adlı şəxsi İstanbul polisi Sabiha Gökçen hava limanı ərazisində saxlayıb.

Azərbaycanlı kuryer Dubaydan karqo ilə gələn külli miqdarda zümrüd daşı olan qabla saxlanılıb. Ələ keçirilən zümrüdün dəyəri 3 milyon lirə (1,6 milyon manat civarında) civarındadır. 

Gömrük xidmətinin əməkdaşları xaricdən ölkəyə külli miqdarda qiymətli daş-qaş gətiriləcəyi ilə bağlı məlumat əldə ediblər. Onlar kuryer ola biləcəyi ehtimal edilən azərbaycanlını izləməyə başlayıblar. Şübhəli şəxs hava limanında karqonu alarkən yaxalanıb.

Onun götürdüyü paketdə Dubaydan göndərildiyi bildirilən 5,5 kq işlənməmiş zümrüd olub. Daşlar Qapalı çarşıda işlənərək bazara çıxarılmalı idi. 

Azərbaycanlı şəxs deportasiya ediləcək. /anspress/

 


Digər xəbərlər:
Şərhlər
avatar