İsrailin paytaxtında silahlı şəxslər belə qırğın törətdi-VİDEO
09.06.2016 596 0.0 0

İsrailin Tel-Əviv şəhərində ticarət mərkəzində atışma baş verib. Nəticədə ölənlərin sayı 4 nəfərə çatıb. Silahlı zorakılıq anı təhlükəsizlik kameralarına düşüb.
 "The Guardian" nəşrinə istinadən verilən məlumata görə, atışma nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır.

(Diqqət! Videoda zorakılıq var)


Hadisə ötən gün 21:30 radələrində Sarona ticarət mərkəzində qeydə alınıb. Sözügedən məntəqə İsrailin müdafiə nazirliyi və ordunun baş qərargahına yaxınlıqda yerləşir. Silahlılar ticarət mərkəzindəki mağaza və restoranlarda olan ziyarətçiləri atəşə tutub. İnsanlar arasında təşviş yaşanıb.

Polis silahlı şəxslərin Fələstinin Hebron şəhərindən olduğunu bildirib. Təhlükəsizlik qüvvələri onları zərərsizləşdirə bilib və hər iki şəxs həbs edilib. Onlardan birinin cərrahiyə əməliyyatı keçirdiyi bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar