İsrail polisi müsəlmanların ilk qibləsinə daxil oldu (VİDEO)
14.09.2015 644 0.0 0

Şərqi Qüdsdəki Əl-Əqsa məscidi kompleksində İsrail polisi ilə fələstinli gənclər arasında toqquşma olub. Məlumata görə, yerli polis məscidə “qiyamın qarşısını almaq üçün” daxil olubuğunu bildirib. 

Məlumata görə, polis gözyaşardıcı qazdan, rezin güllələrdən və səs bombalarından istifadə edib, onlara qarşı isə daş və fişənglərlə hücum olub. Bənzəri qarşıdurma bu il iyul ayının sonunda baş vermişdi.

Əl-Əqsa İslam dünyasında ən müqəddəs məkanlardan biri hesab edilir. Bura həm də yəhudilərin müqəddəs məkanıdır. Ərazi israilli və fələstinlilər arasında dini və siyasi gərginliyin mənbəyi hesab edilir.

Qarşıdurma yəhudilərin yeni ili, Roş Haşananın gəlişindən bir neçə saat öncə baş verib. İsrail mətbuatı polisə istinadən xəbər verir ki, məscidin içindəki fələstinli gənclər yəhudilərin ora gəlişinin qarşısını almağı planlaşdırmışdı.
Şahidlərin bildrdiyinə görə, qarşıdurma zamanı bir neçə fələstinli yaralanıb, lakin polis məlumatı inkar edib. Bildirilib ki, məscidin içindəki maskalı gənclər “daş və fişənglərlə hücum edib” və orada kustar üsulla hazırlanmış bomba da aşkar edilib.
Bəzi şahidlər polisin məscidə daxil olduğunu və gəncləri içəridə saxlamaq üçün qapıları kilidlədiyini bildirib. Polis bunu inkar edib.

İsrail polisinin sözçüsü bildirib ki, xəsarət alan yoxdur, lakin bəzi fələstinli şahidlərin bildirdiyinə görə, bir neçə nəfər yaralanıb.
Ziyarətgahdan kənarda, Qüdsdəki Köhnə Şəhərdə də toqquşmaların olduğu xəbəri yayılıb və İsrail polisinin əraziyə nəzarət etdiyi bildirilir.

Fələstinli qadın, Xədicə Xueys, AFP xəbər agentliyinə bildirib ki, onların Əl-Əqsa məscidinə girişinə icazə verilməyib. “Biz yalnız qapıların kənarında ibadət edə bildik,” o deyib.

Fələstin prezidenti baş verənləri pisləyib və onu “işğalçıların Əl-Əqsa məscidinə hərbi və polis hücumu” adlandırıb. İctimai Təhlükəsizlik naziri Gilad Erdan bildirib ki, ərazi artıq Roş Haşana bayramını qeyd etmək istəyən yəhudilərin üzünə açılıb.
Bayram bazar günü axşam başlayır və çərşənbə axşamı gec saatlaradək davam edir.

Keçən həftə İsrail müdafiə naziri Moşe Yaalon yəhudilərin əraziyə daxil olmasına qarşı çıxan iki müsəlman qrupunu qadağan etdikdən sonra gərginlik davam etməkdədir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar