İspaniya Kuboku: `Atletik` `Real`ı məğlub edib
04.02.2022 286 0.0 0

İspaniya Kubokunun 1/4 final matçında "Atletik" "Real Madrid"i qəbul edib.

Bildirək ki, qarşılaşma Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu 89-cu dəqiqədə vurub - "Atletik"in 26 yaşlı ispaniyalı cinah oyunçusu Alexandro Berenqer fərqlənib. "Kral klubu" bununla da turnirdə iştirakını başa vurub

Yarımfinal cütlükləri daha sonra püşkatma yolu ilə müəyyən ediləcək. Xatırladaq ki, daha əvvəl bu mərhələdə “Betis” səfərdə “Real Sosedad”ı darmadağın edib (4:0), “Valensiya” “Kadis”ə qalib gəlib (2:1), “Malyorka” isə “Rayo Valyekano”ya uduzub (0:1)./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar