İslamiada qalibi: Qalib gəlməyimin bir səbəbi də yarışların Bakıda keçirilməsi oldu
15.05.2017 712 0.0 0

Yarışda özümə çox arxayın idim. Qalib gəlməyimin bir səbəbi də yarışların Bakıda keçirilməsi oldu.

Məlumata görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Roman Heydərov deyib.

O bildirib ki, azarkeş dəstəyindən yaxşı ruhlandırıcı heç nə ola bilməz:

"Azarkeşlərə güvənib döyüşdüm və qalib oldum. Qarşıda Gənclər arasında dünya çempionatı keçiriləcək. Orada da iştirak edəcəyəm və 2020-ci il Olimpiya Cempionatına hazırlaşacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar