İslamiada çərçivəsində karate üzrə yarışlara start verildi
13.05.2017 913 0.0 0

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlara start verilib.

Məlumata görə, məlumata görə, karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar