İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib
01.11.2016 834 0.0 0

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib.

 

Məlumata görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.

 

Məlumata əsasən, İyad  Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.

 

Ötən həftə mətbuat konfransında çıxış edən İyad  Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb.

 

“Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”,  yanlışlığını zarafatla düzəltmək istəyən  İyad  Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.

 

Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib. 

 

Səudiyyə Ərəbistanının sabiq Mədəniyyət naziri İyad Mədəni 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilmişdi. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar