İŞİD xəritəsi dəyişildi - 15 min itki
16.04.2015 841 0.0 0

İŞİD qruplaşması xilafət qurmaq üçün ələ keçirdikləri ərazinin artıq dörddə birini itirib. 

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Birləşmiş Ştatların hərbi rəsmiləri yayıb.

ABŞ Müdafiə Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada deyilir ki, bu, koalisiya qüvvələrinin havadan, İraq ordusunun isə yerdən həyata keçirdiyi hücumların nəticəsidir. 

Pentaqonun hazırladığı yeni xəritəyə əsasən İraq ordusu ölkənin şimalında Tikritə yaxın ərazini, Sincar dağını və Mosul bəndini ələ keçirib.

Pentaqon sözçüsü Stiv Varren Əlhürrə televiziyasına verdiyi müsahibəsi zamanı İŞİD-in keçən ilin avqust ayından bəri ələ keçirdiyi ərazidən 15 min kvadrat kilometri itirdiyini deyib. “Bildiyiniz kimi biz Tikrit şəhərini İŞİD-in əlindən almaq üçün uğurlu əməliyyatlar keçirmişik. Tikritin ələ keçirmədiyimiz kiçik hissələri qalıb ki, həmin yerlərdə Dayeş (İŞİD) çox sayda tələ və partlayıcı qurğular yerləşdirib, snayperlər qoyub,

Pentaqon sözçüsü İŞİD-ə qarşı əməliyyatların Suriyada daha uğursuz olduğunu bildirib. "Suriyadakı İŞİD bir az Dəməşq şəhərində, bir az cənubda, eləcə də Hələbdə itkilər verib. Əsas itkiləri Kobani ətrafında olub. İraqla fərq ondadır ki, İraqın təhlükəsizlik qüvvələri hava hücumlarına yerdən yardım edir.

Pentaqon rəsmisi deyib ki, koalisiyanın strategiyası terrorçulara Suriyada istehkamlanmağa imkan verməmək və İraqdan vurub çıxarmaqdır.

Bəzi təhlilçilər isə deyirlər ki, İŞİD-ə qarşı əsas döyüşlər sünnilərin çoxluq təşkil etdiyi Mosul və Ənbar vilayətlərində olacaq. Amerika İnkişaf Mərkəzindən Brayan Katulis: “Kim bilir bu, nə vaxt baş verəcək. Əgər İraq düzgün iş görmək istəyirsə, bunu şiə yaraqlılarla edə bilməz. Bunu sünnilərin çoxluq təşkil etdiyi sünni məhllələrdə də edə bilməz.”

BMT-nin baş katibi Ban Ki Mun Tikritin azad edilməsini alqışlasa da, orada insan haqlarının pozulması və İraq ordusu ilə birlikdə döyüşən yarı-hərbi qüvvələrin törətdiyi zorakılıqlarla bağlı narahatlığını bildirib.

Qeyd edək ki, özlərinin maliyyələşməsinə yardım edən neftayırma zavodları da daxil edilməklə, hələ İraqın şimal bölgəsi terrorçuların nəzarəti altında qalır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar