İŞİD-Ə ULTİMATUM: «SACİDƏNİ ASARIQ»
31.01.2015 998 0.0 0

İordaniya pilotunu əsir götürən İŞİD-ə sillə kimi cavab verilib. 

Məlumata görə, İŞİD əsir saxladığı yapon jurnalist Kenji Gotonun müqabilində İordaniyada həbsdə olan terrorçu qadın Sacidə əl Rişavinin tələb edirdi. 

Dəyişmə prosesi ötən gün Türkiyə-Suriya sərhəddində olmalı idi. Lakin proses baş tutmayıb. 

Buna səbəb isə İordaniyanın yeni tələbi olub. İordaniya bir neçə ay öncə İŞİD tərəfindən əsir götürülən F-16 pilotu Muaz Safi əl Kesasibənin sağ olmasına dair sübut da tələb edib. 

Kuveytin "Al Rai" qəzetinin əməkdaşı Elijah Magnier İordaniyanın İŞİD-ə "pilotu öldürsəniz Rişavi və digər cihadçı məhkumları edam edərik" deyə ultimatum verdiyini bildirib. 

Xatırladaq ki, Rişavi haqqında edam qərarı var. Ötən gün İŞİD-ın onun azad edilməsi üçün verdiyi müddət başa çatıb. Terrorçular "Əl Qaidə" üzvü olan qadının azad edilməməsi hlında əllərindəki girovu öldürəcəklərini demişdilər. 

Yaponiya xarici işlər naziri Yasuhide Nakayama ötən gün giro Goto və əl Kəsasibənin qaytarılması ilə bağlı danışıqların dalana dirəndiyini elan edib. 

Xatırladaq ki, İŞİD əllərindəki yaponiyalı jurnalistlər Kenji Goto və Haruna Yukavanın müqabilində Yaponiyadan 72 saata 200 milyon dollar tələb etmişdi. İstəkləri yerinə yetirilməyən terrorçular Yukavanı edam edərək görüntülərini yaymışdı. Kenji Gotoya görə isə 2005-ci ildə İordaniyada 57 nəfərin ölümünə səbəb olan və yaxalanaraq edama məhkum edilən iraqlı qadın terrorçu Sacidə əl Rışavinin azad edilməsini tələb edirdi. //AnsPress

Yaponiyalı Gotonun ötən şənbə yayılan videomüraciətində terrorçuların iraqlı qadını bacı adlandırdıqları məlum olub. "Artıq pul istəmirlər. Sadəcə həbsdə olan bacıları Sacidənin azad edilməsini tələb edirlər. Mənim sərbəst buraxılmağım üçün Sacidəni onlara verəcəksiniz".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar