İŞİD Suriyada 5 yaşayış məntəqəsini ələ keçirib
29.05.2016 549 0.0 0

İŞİD silahlıları Suriyanın Hələb əyalətində müxalifət qüvvələrinin mövqelərinə hücuma keçərək  5 yaşayış məntəqəsini ələ keçiriblər.  
 
 “İnterfaks”a istinadən verilən xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
 
“İŞİD silahlıları “Azad Suriya Ordusu”nun  Hələb əyalətinin Azaz yaşayış məntəqəsi istiqamətindəki  mövqelərinə hücuma keçərək, Kafer-Breyşa, Tatiya, Niara, Kafer-Kalbin və Cibrin yaşayış məntəqələri üzərində nəzarəti ələ keçiriblər”, - deyə məlumatda bildirilir.    
 
Məlumatda qeyd olunur ki, “Cəbhə ən-Nüsrə” qruplaşması sutka ərzində reaktiv raket-zenit sistemlərindən və minaatanlardan Handrat yaşayış məntəqəsini, Şeyx Maqsud və Əl-Xalidiyyə yaşayış massivlərini, Hələb şəhərindəki Ən-Nəyrab aeroportunu atəşə tutublar.   
 
Bundan başqa,  “Cəbhə ən-Nüsrə” qruplaşması Latakiya əyalətində Raşa, Ərd-əl-Vata və Kərməl yaşayış məntəqələrinə zərbələr endiriblər.
 
“Ayn-Dəknə yaşayış məntəqəsi istiqamətində terrorçuların irəliləməsinin qarşısı kürd silahlı dəstələt tərəfindən alınıb”, - deyə məlumatda bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar