«İŞİD-ə qoşulan çoxlu azərbaycanlılar var»
10.06.2015 740 0.0 0

Suriyanın baş müftisi Əhməd Bədərddin Hasun İŞİD terrorçu qruplaşmasının tərkibində vuruşan döyüşçülərdən danışıb.

Məlumata görə, o bildirib ki, hazırda İŞİD terrorçuları birlikdə vuruşanlar arasında azərbaycanlıların da sayı çoxdur. Müftinin sözlərinə görə, terrorçularla birlikdə dünyanın müxtəlif ölkələrindən 70 min muzdlu savaşır.

Rusiyada səfərdə olan Əhməd Bədərddin Hasun bildirib ki, terrorçulara Rusiya və MDB ölkələrindən qoşulanların sayı çoxdur.

"İŞİD-ə Rusiyadan 7 minə yaxın adam qouşulub. MDB ölkələrindən elələri var ki, ailəsi ilə birlikdə gəlib. Muzdlu döyüşçülərin çoxu MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindəndir", deyə müfti bildirib.

Qeyd edək ki, Azərbaycanda xaricdə qeyri-rəsmi silahlı birləşmələrə qatılaraq savaşlarda iştirak edənlərə qarşı həbs cəzasını nəzərdə tutan qanun qəbul edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar