«İŞİD lideri əl-Bağdadi yaralanıb»
10.06.2016 581 0.0 0

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və terror qruplaşmasının komandirlərindən bir neçəsi İraq-Suriya sərhədində koalisiya qüvvələri tərəfindən endirilən avizərbərlər nəticəsində yaralanıb.
 
RİA "Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.
 
“Al Sumaria” telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.
 
“Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb”, - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.
 
Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar