İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi Mosulu tərk edib
04.11.2016 764 0.0 0

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib.

 

“The Guardian”a istinadən verilən xəbərə görə, bu barədə Böyük Britaniyanın XİN rəhbəri Boris Conson xüsusi xidmət orqanlarının məlumatına əsaslanaraq bildirib.  

 

Onun sözlərinə görə, şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb.   

 

Məlumata görə, terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar