İŞİD-li gəlinə kəsilmiş başdan toy hədiyyəsi
29.07.2015 765 0.0 0

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi toy hədiyyəsi kimi bir qadının başını kəsməyə icazə verib.
Məlumata görə, bu haqda “The Daily Mail”ə qadın şəriət məhkəməsinin keçmiş əməkdaşı xəbər verib.

Lina adlandırılan qadın bildirib ki, qadın şəriət məhkəməsi hakimlərindən birinin əri döyüşlərdə həlak olub. Dah sonra dul qadın özünə yeni ər tələb edib və toy hədiyyəsi kimi bir “kafir”in başının kəsilərək ona verilməsini istəyib.


İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl Bağdadi

Lakin İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi qərara gəlib ki, həmin hakim qadın olduğu üçün onun kişi öldürməyi tələb etmək hüququ yoxdur. Bağdadi qadına casusluqda şübhəli bilinən qadın həmkarlarından birinin başını kəsməyi təklif edib. Haqqında ölüm hökmü çıxarılan qadın isə Linanın keçmiş rəisi olub.

İŞİD terror qruplaşmasının əlindən qaçan qadının qeyd edib ki, “xansa” adlanan qadın şəriət məhkəməsində Böyük Britaniyadan 5 qadın xidmət edir. Onların çoxu milliyətcə ingilisdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar