İŞİD-in Mosul xəstəxanasında qurduğu qərargah bombalanıb
19.02.2017 758 0.0 0

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının Mosulun qərbindəki xəstəxana kompleksində yaratdığı  qərargahı aviazərbə endirib.“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.    
 
“Koalisiya müəyyən edib ki..., qeyd olunan bina tibbi məqsədlər üçün istifadə edilmir və dinc sakinlər həmin binaya daxil olmur”, - deyə məlumatda bildirilir.  
 
Məhv edilən terrorçuların sayı barədə məlumat verilmir.
 
Qeyd edək ki, Mosulun şərq hissəsi İraq ordusunun  tam nəzarətinə keçib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar