İŞİD-i yaradan bilindi-VİDEO
20.04.2015 929 0.0 0

Səddam Hüseyn dövründə İraq hərbi kəşfiyyatının polkovniki olmuş Samir Əbd-Muhammed əl-Xəlifə İŞİD-in yaradıcısıdır. 

Məlumata görə, bu barədə “Der Spiegel” əl-Xəlifə tərəfindən tərtib edildiyi sənədlərə istinadən yazdığını bildirib. Nəşr iddia edir ki, əlyazma sənədində siyahılar, cədvəllər və Suriyanın şimal hissəsində xilafət yaradılması planı yer alıb.

31 səhifəli sənəddə əl-Xəlifənin ləqəbi Hacı Bəkr kimi göstərilib. Əl-Xəlifə 2014-cü ilin yanvar ayında Suriya üsyançıları ilə atışmada həlak olub. Amma buna qədər o, İŞİD-in mövqelərini yetərincə gücləndirib.

2010-cu ildə Hacı Bəkr və İraq kəşfiyyatının bir qrup zabiti Əbu-Bəkr əl-Baqdadini özlərinə lider olaraq seçiblər. Hacı Bəkr iki il qabaq şimali Suriyaya gedib və öz planının gerçəkləşdirilməsi üçün xarici döyüşçülər cəlbinə başlayıb. 

İraqlı jurnalist Hişam əl-Haşimiinin əmisi oğlu Hacı Bəkrlə birlikdə döyüşüb. O, keçmiş zabiti dindar yox, milliyyətçi kimi tanınıb. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar