İŞİD girovları azad etdi
08.04.2015 717 0.0 0

İŞİD terror qruplaşması 8 ay əvvəl Şimali İraqda girov götürdüyü yezidi kürdləri azad edib.

Məlumata görə, aralarında çoxlu sayda uşaq və qadının olduğu 200 nəfərlik yezidi ilə bərabər 2 xristian da terrorçular tərəfindən sərbəst buraxılıb. 

İraq rəsmiləri bu barədə verdikləri açıqlamada azad olunan yezidilərin səhhətində ciddi problemlər olduğunu və girovluqda olan zaman zorakılığa məruz qaldıqlarını deyib. 

40-a qədər uşağın da yezidilərin müalicə edilmələri üçün Ərbilə göndərildiyi bilrilib.

Qeyd edək ki, İŞİD tərəfindən Sincar bölgəsində girov götürülən onlarla yezidi ötən ilin avqust ayında terrorçuların əlindən qaçmağı bacarmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar