İŞİD daha bir şəhər tutdu
06.08.2015 757 0.0 0

İŞİD terrorçu qruplaşması Suriyanın qərbində Əl-Qəryateyn şəhərini zəbt edib.

Məlumata görə, bu barədə xəbəri İnsan haqqları üzrə Suriya monitorinq mərkəzi (Syrian Observatory for Human Rights)yayıb.

Mərkəzin bildirdiyinə görə, terrorçular şəhərə hücumu çərşənbədən etibarən başlayıblar. Qızğın gedən döyüşlər zamanı terrorçular Suriya ordusunun müdafiə sədlərini keçmək üçün şəhərin girəcəyində 3 intiharçı hücumu təşkil edib. 

 


Xəbər verilir ki, toqquşmalar zamanı 37 suriya ordusunun əsgəri və 23 İŞİD terrorçusu ölüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, şəhər strateji mövqeyə sahibdir. Belə ki, şəhər Kalamun regionunda terroçuların keçən ilin may ayından nəzarətlərində saxladıqları Palmira şəhərinin yolunun üstündədir. 

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Türkiyənin cənubundakı İncirlik hərbi bazasından İŞİD terror qruplaşmasına ilk zərbələri endirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar