İŞİD-dən dəhşətli Novruz tonqalı
17.03.2015 874 0.0 0

İŞİD terror qruplaşması peşmərgə əsgərlərini yandıracağını bildirib.

Məlumata görə, terrorçular əsgərləri martın 21-də - Novruz bayramı günü iordaniyalı pilot kimi qəfəsdə yandıracaqlarını bəyan ediblər. Kərkük cəbhəsinin məsul şəxsi Aso Mamend peşmərgə əsgərləri qarşılığında bəzi şəxsləri azad edə biləcəklərini qeyd edib.

"İŞİD-ə təklif etdik ki, əsir düşmüş peşmərgə əsgərləri qarşılığında azad etməyimizi istədikləri şəxslərin adlarını versinlər. Hələlik heç bir cavab verməyiblər", - deyə Aso Mamend bildirib.

O, əsgərlərin azad edilməsi üçün cəhdlərini davam etdirəcəklərini də deyib.
Qeyd edək ki, Peşmərgə hərbçilərinin əlində çox sayda İŞİD-çi var. Onların bəzilərini öz istəkləri ilə təslim olanlar təşkil edir.
/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar